Donetsk "Şaxtyor"unun yarımmüdafiəçisi Azərbaycan klubunda – SON DƏQİQƏ

12 Avqust 2022 09:40 Səbail 2 021
Donetsk "Şaxtyor"unun yarımmüdafiəçisi Azərbaycan klubunda – SON DƏQİQƏ

«Səbail» yeni transfer əməliyyatı keçirib.

Bayıl təmsilçisi bu gün daha bir legioneri düşərgəsinə gətirib.

«Dənizçilər»in növbəti əcnəbi futbolçusu Ukraynadan Maksym Cehkdir. Donetsk «Şaxtyor»unun formasını geyinmiş yarımmüdafiəçi ilə müqavilənin müddəti 1 ildir.

O, «Səbail» bu yay sıralarına qatdığı 7-ci legionerdir.

Premyer Liqa mənsubu daha öncə Emil Martinov (ÇSKA 1948, Sofiya, Bolqarıstan), Qoba Zakpa (“Etnikos”, Axna, Kipr), Luvaqa Kizito (“Hapoel”, Nof HaQalil, İsrail), Qustavo Moreno de França (“Leyksoeş”, Portuqaliya), Franko Mazurek (“Etnikos”, Kipr) və Fakundo Kardozonu (“Platense”, Argentina) rənglərinə bağlayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti