“Bu, mənim üçün xoş sürpriz oldu” – Bakl klubuna gələn braziliyalı

29 İyun 2022 20:20 Səbail 907
“Bu, mənim üçün xoş sürpriz oldu” – Bakl klubuna gələn braziliyalı

“Səbail”in yeni transferi Qustavo Moreno de França paytaxt klubuna keçidindən danışıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı mərkəz müdafiəçisi “dənizçilər”in mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Özümü əla hiss edirəm. Komandadakı hər kəs məni çox səmimi qarşıladı. Bu, mənim üçün xoş sürpriz oldu.

Ötən gün isə burada ilk məşqimə çıxdım. Komandada ab-hava çox yüksək idi. “Səbail”də olduğum üçün çox xoşbəxtəm”.

Qustavo Moreno de França ötən gün “Səbail”lə 1 illik müqaviləyə imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti