Paytaxt klubunun legioneri arzusunu çata bilmədi - BU SƏBƏBDƏN

14 Yanvar 2022 17:40 Səbail 704
Paytaxt klubunun legioneri arzusunu çata bilmədi - BU SƏBƏBDƏN

"Səbail"in legioneri Yurgen Qoxanın ölkəmizdən ayrılmaq istəyi reallaşmayıb.

Belə ki, "Teuta" onun xidmətindən maraqlı idi.

29 yaşlı müdafiəçi "Səbail"dən qarşılıqlı razılıq əsasında ayrılaraq, doğma Albaniyada çıxış etməyə müsbət baxırdı.

Amma onun həmyerliləri ilə danışıqları uğursuz nəticələnincə, Bayıl klubunda qalmağa məcbur olub.

Yurgen Qoxanın Azərbaycandakı legioner karyerası "Qəbələ"də başlayıb. O, ötən yay "Səbail"ə transfer olunub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti