"Gələn oyunçulardan çox şey asılı olacaq"

10 İyul 2021 22:20 Səbail 690
"Gələn oyunçulardan çox şey asılı olacaq"

"Əsas məqsədimiz 1 iyuldan başlayan hazırlığımızı oyunla tamamlamaq idi".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Keşlə" ilə dünən baş tutan yoxlama oyunu haqqında danışan "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib.

Gənc mütəxəssis komandasının çıxışından razılığını ifadə edib:

"Əlbəttə, istirahətdən gələn futbolçular formada olmasalar da oynadıqları 45 dəqiqəni yaxşı səviyyədə keçirdilər.

Bir də sevindirici hal odur ki, oyunu zədəsiz başa vurduq. Adətən fasilədən qayıdandan sonra ilk oyunda zədə riski olur".

Hacıyev onu narahat edən məqamlara da toxunub: "Amma heyət artırılmalıdır. Rəqabət gücləndirilməlidir. Çünki gedənlərin yerini hələ də doldurmamışıq".

40 yaşlı mütəxəssis yeni mövsüm də mübariz kollektiv yaratmağa çalışacaqlarını bildirib: "Keşlə" bizdən öncə hazırlığa başlayıb. Daha hazırlıqlı görünürdülər

. Hər bir futbolçuya 45 dəqiqə şans verdik. İkinci hissə yoxlanışda olanlara şans yaratdıq. "Səbail" öncəki mövsüm necə mübarizə aparıbsa, qarşıdakı mövsüm də mübarizəni elə davam etdirməyə çalışacağıq.

Gələn oyunçulardan çox şey asılı olacaq. İstərdik ki, yaddaşlarda qalan xoş mübarizəmizi qoruyub saxlayaq".

Digər Xəbərlər
Xəbər Lenti