"Bu, sırf bizim günahı deyildi, hakim səhvləri oldu"

21 Fevral 2021 18:00 Səbail 691
"Bu, sırf bizim günahı deyildi, hakim səhvləri oldu"

"Kubokda mübarizəni dayandırmaq sırf bizim günahı deyildi".

Sportinfo.az xəbər verir ki, bu iddia ilə "Səbail"in baş məşqçisi Aftandil Hacıyev çıxış edib.

O, "Sumqayıt"a iki oyunun yekununda daha az qolla uduzduqları kubokdakı matçlarını xatırlayıb:

"Hər iki görüşdə hakim səhvləri oldu. Kuboka görə komandamı günahlandırmaq istəmirəm. Hər iki oyunda topa sahib olmada rəqibdən üstün idik.

"Sumqayıt" kubok oyunlarında təcrübəsi olan komandadır. Çempionatımızda açıq autsayder yoxdur. Heyəti və imkanları geniş olan komandalar var.

Biz bu amillərə görə geridə qalsaq da, oyunumuzla geridə qalmayacağıq. Sona kimi mübarizə aparacağıq. Qarşımıza Avropa Liqasına vəsiqə qazanmaq kimi tələb qoymamışıq".

Digər Xəbərlər
Xəbər Lenti