“Biz yaxşı komandayıq"

19 Fevral 2021 16:20 Səbail 501
“Biz yaxşı komandayıq"

“Özümü "Səbail"də yaxşı hiss edirəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabail”in legioneri Ali Sisey deyib.

Qış fasiləsində “Zirə”ni Bayıl təmsilçisinə dəyişən sierra-leoneli müdafiəçi yeni klubunda adaptasoya problem ilə üzləşmədiyini bildirib:

“Burada oyunçular və məşqçilər mənə ilk gündən isti münasibət göstərdi. Ona görə də kollektivə tez alışdım.

"Sabail”də nə qədər oynayacağımı bilmirəm. Amma hər zaman oynamağa hazıram. "Səbail" haqqında müsbət fikirdəyəm.

Düşünürəm ki, biz yaxşı komandayıq. Yaxşı nəticələr əldə edəcək səviyyədəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı