Məsləhət alıb, sonra Azərbaycan klubuna "hə" deyib

18 Fevral 2021 11:00 Səbail 1 155
Məsləhət alıb, sonra Azərbaycan klubuna "hə" deyib

“Bura gəlməyimə çox şadam”.

Sportinfo.az xəbər verir ki, bu fikirləri “Səbail”in yeni transferi Milovan Petrovik səsləndirib.

Son olaraq Şimali Makedoniyada “Vardar”da forma geyinmiş yarımmüdafiəçi Azərbaycana bu ilin yanvarında gəlib. Ölkəsinin yığmasında 9 oyun keçirmiş legioner Bayıl təmsilçisi ilə 6 aylıq müqavilə imzalayıb.

Balkanlı futbolçu seçimi barədə bunları söyləyib: “Bu, mənim üçün yeni təcrübədir. Bakı şəhəri həqiqətən də çox gözəldir. Yeməkləri dadlıdır və bizim yeməklərə oxşayır.

Klubda məşqlər üçün əla şərait var. Bura gəlməzdən əvvəl “Vardar”da işləyən Toni Boqdanovski ilə məsləhətləşdim (2018-2020-ci illərdə “Səbail”də işləmiş fitnes məşqçisi).

Klub barədə ancaq pozitiv fkirlər bildirdi. Burada məni çox yaxşı qarşıladıqlarına görə klubun bütün heyətinə təşəkkürümü bildirirəm.

Hər kəs, xüsusilə də futbolçular tez adaptasiya olmağıma kömək etdilər. Komandanın mühiti əladır. Bilirəm ki, nəticələrimiz düzələndə, atmosfer daha da yaxşı olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti