Uşağı vuran Kamran Ağayevə yüngül cəza verildi

16 Fevral 2021 18:00 Səbail 1 260
Uşağı vuran Kamran Ağayevə yüngül cəza verildi

AFFA İntizam Komitəsi "Səbail"in qapıçısı Kamran Ağayevi 2 oyunluq cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, buna 35 yaşlı qolkiperin səfərdə "Sumqayıt"a 0:3 hesabı ilə uduzduqları Premyer Liqanın XV turunun oyunduna birbaşa qırmızı vərəqə alaraq meydandan qovulması səbəb olub.

Belə ki, o, 90+5-ci dəqiqədə ciddi qayda pozuntusuna yol verərək, 3 dəqiqə əvvəl meydana çıxmış 16 yaşlı sənan Ağayevin sinəsinə diziylə zərbə endirib.

Ağayevin komanda yoldaşı Peyman Keşavarzi isə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq diskvalifikasiya olunub.

Həmçinin sözügedən qarşılaşmada qonaqların 5 futbolçusu sarı vərəqə gördükləri üçün klub ümumilikdə 2600 manat məbləğində cərimə olunub.

"Keşlə” ilə ev oyununda (2:0) 4 futbolçusu sarı vərəqə görən "Qəbələ" və "Zirə" ilə səfər matçında eyni sayda oyunçusu xəbərdarlıq alan "Sabah" da 800 manat məbləğində cərimələnib.

Digər Xəbərlər
Xəbər Lenti