Gürcü legioner: "Azərbaycan çempionatı bizimkidən yaxşıdır"

14 Fevral 2021 11:40 Səbail 600
Gürcü legioner: "Azərbaycan çempionatı bizimkidən yaxşıdır"

"Səbail"in gürcüstanlı hücumçusu Luka İmnadze Sportinfo.az-a müsahibə verib.

- Ölkəmizə gəlişin necə reallaşdı?

- Bu haqda mənə menecerim dedi, mən də razı oldum.

- Artıq bir neçə oyun meydanda olmusan. Futbolumuzla bağlı təəssuratların necədir?

- Bəli, bir neçə görüşdə iştirak etmişəm. Oynadığım çempionatın və qarşılaşdığım rəqiblərin güclü olduğunu düşünürəm.

- Gürcüstan çempionatı ilə Azərbaycan Premyer Liqasını müqayisə etsək hansı daha yaxşıdır?

- Gürcüstan və Azərbaycan çempionatları fərqlidir. Amma hazırda Azərbaycan Premyer Liqası daha yaxşıdır.

- Adətən, bura gələn futbolçular daha yaxşı çempionatlara getmək üçün Premyer Liqamıza trampilin kimi baxırlar. Sən də belə düşünürsən?

- Düşünürəm ki, yaxşı oynasam və özümü yaxşı tərəfdən göstərsəm mənim üçün də çempionatınız trampilin ola bilər.

- "Səbail" ölkə kubokundan kənarda qaldı. Premyer Liqada isə sonuncu yerlə bərabər xala malikdir. Bu durumdan çıxmaq çətin olmayacaq?

- Əlbəttə, ölkə kubokundan kənarda qalmağımız pisdi. Lakin biz özümüzü Premyer Liqaya kökləmişik. Yüksək yerlərdə olmağımız çətindi, amma mümkünsüz deyil.

- Çempionatdakı rəqiblərinizindən kimin çıxışını xüsusi fərqləndirərdin?

- Güclü komandalar çoxdur. Xüsusən də "Qarabağ" və "Neftçi".

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti