Premyer Liqanın məşqçisi AFFA-nın "haqq"ını öz cibindən verəcək

13 Fevral 2021 11:40 Səbail 694
Premyer Liqanın məşqçisi AFFA-nın "haqq"ını öz cibindən verəcək

"Səbail" rəhbərliyi və baş məşqçi Aftandil Hacıyev arasında iclas keçirilib.

Yığıncaqda AFFA İntizam Komitəsi (İK) tərəfindən 20 oyunluq cəzalandırılan məşqçi Vüqar Məmmədlə bağlı qərar qəbul olunub.

Klubun daxili intizam kodekslərinə əsasən, mütəxəssisə pul cəzası verilib. Cərimənin məbləği aylar üzrə bölünüb. Yəni ki, federasiyanın müəyyənləşdirdiyi 16 min manatın müəyyən hissəsi onun maaşından tutulacaq.

AFFA İntizam Komitəsi Vüqar Məmmədə Azərbaycan Kuboku matçlarında 20 görüşlük cəza verib. Səbəb kimi gənc mütəxəssisin Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sumqayıt”la cavab görüşünün 76-cı dəqiqəsində köməkçi hakim Cavanşir Yusifovu vurması göstərilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu