"Dedi ki, oynamayacaqsan, mən də komandadan ayrıldım"

12 Fevral 2021 11:40 Səbail 792
"Dedi ki, oynamayacaqsan, mən də komandadan ayrıldım"

"Səbail"də az şans qazanırdım.

Son 5 oyunda oynamırdım, bu səbəbdən baş məşqçi ilə söhbətim oldu.

Aftandil müəllimdən qarşıdakı görüşlərdə şans alıb-almayacağımı soruşdum. O da dedi ki, yox, oynamayacaqsan. Mən də komandadan ayrıldım".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"dən ayrılan Bahadur Həziyev deyib.

Artıq "Keşlə"nin əvəzedici komandasında çıxış edəcəyi dəqiqləşən yarımmüdafiəçi bundan sonrakı planları haqda danışıb:

"Keşlə"nin əvəzedici komandasında çıxış edəcəm. Amma əsas məqsədim əsas komandaya yüksəlməkdir. Bilirəm ki, çətin olacaq.

Asan nəsə olmur. Mövsümün sonuna kimi buradayam. Əsas istəyim "Keşlə"nin əsas komandasına yüksəlməkdir. Bunu bacarmasam və yayda yeni təklifim olmasa ölkə xaricinə getməyi düşünürəm".

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu