AFFA hakimi vuran Premyer Liqa məşqçisini bu cür bağışladı

10 Fevral 2021 22:20 Səbail 956
AFFA hakimi vuran Premyer Liqa məşqçisini bu cür bağışladı

Məlum olduğu kimi, “Səbail”in məşqçisi Vüqar Məmməd cəzalanıb.

Dünən bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Qurum məşqçini 20 oyunluq diskvalifikasiya edib. Buna Məmmədin Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşündəki hərəkəti səbəb olub.

Azərbaycan yığmalarının sabiq baş məşqçisi “Sumqayıt”la ev qarşılaşmasında (1:2) köməkçi hakimi vurduğu üçün belə sərt cəzaya məruz qalıb. Onun hərəkətinə görə “Səbail” 16 min manat cərimə ödəyəcək.

Sportinfo.az-ın məlumatına görə, “Səbail” rəhbərliyi cəzayla bağlı AFFA-ya şifahi müraciət edib.

Və bundan sonra qərara müəyyən düzəliş edilib. Belə ki, diskvalifikasiya yalnız kubok qarşılaşmalarına şamil olunacaq. Yəni, Məımmədli Premyer Liqa oyunlarında həmişəki kimi tezniki zonada əyləşə bələcək.

Digər Xəbərlər
Xəbər Lenti