Abdullayev "göndərək", Hacıyev "saxlayaq" deyir - İCLAS

9 Fevral 2021 15:00 Səbail 1 299
Abdullayev "göndərək", Hacıyev "saxlayaq" deyir - İCLAS

"Səbail" Azərbaycan Kubokunda 20 oyunluq cəza alan məşqçisi Vüqar Məmmədlə bağlı klubdaxili iclas keçirəcək.

Toplantıda 42 yaşlı mütəxəssislə bağlı qərar veriləcək.

"Dənizçilər"in prezidenti səlahiyyətlərini yerinə yetirən Tamerlan Abdullayev onun vəzifsəindən uzaqlaşdırılmasını tapşırıb. Buna əngəl isə Aftandil Hacıyevdir.

Baş məşqçi köməkçisinin günahsız yerə cəzalndırılmasını söyləyib və İntizaam Komitəsinin qərarından şikayət verilməsinin labud olduğunu qeyd edib.

AFFA İntizam Komitəsi Vüqar Məmmədə Azərbaycan Kuboku matçlarında 20 görüşlük cəza verib.

Səbəb kimi gənc mütəxəssisin Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sumqayıt”la cavab görüşünün 76-cı dəqiqəsində köməkçi hakim Cavanşir Yusifovu vurması göstərilib.

Oyun "Sumqayıt"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk matçda "Səbail" 1:0 hesabı ilə qalib gəlsə də, səfərdə az qol vurduğu üçün mübarizəni dayandırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!