AFFA Aftandil Hacıyevin "sağ əli"ni kəsdi - FOTO

9 Fevral 2021 14:00 Səbail 645
AFFA Aftandil Hacıyevin "sağ əli"ni kəsdi - FOTO

“Səbail”in məşqçisi Vüqar Məmməd cəzalanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Qurum məşqçini 20 oyunluq diskvalifikasiya edib. Buna Aftandil Hacıyevin köməkçisinin Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşündəki hərəkəti səbəb olub.

Azərbaycan yığmalarının sabiq baş məşqçisi “Sumqayıt”la ev qarşılaşmasında (1:2) köməkçi hakimi vurduğu üçün belə sərt cəzaya məruz qalıb. Onun hərəkətinə görə “Səbail” 16 min manat cərimə ödəyəcək.

Digər Xəbərlər
Xəbər Lenti