Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

8 Fevral 2021 14:00 Səbail 1 093
Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

“Səbail” daha bir futbolçusu ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, hücumçu Bahadur Həziyevlə müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə olunub.

22 yaşlı futbolçuya azad agent statusu verilib. Həziyev bu mövsüm Premyer Liqada keçirdiyi 9 oyunda 1 qol vurub.

"Səbail” qış fasiləsində Arsen Ağcabəyov, Orxan Qurbanlı, Bəxtiyar Rəhmani, Əli Sadıxov, Murad Qayalı və Elgün Nəbiyevlə də vidalaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!