"Ədəb-ərkanlı və tərbiyəli məşqçi olmasaydı, 3 il millidə işləməzdi"

8 Fevral 2021 13:00 Səbail 1 079
"Ədəb-ərkanlı və tərbiyəli məşqçi olmasaydı, 3 il millidə işləməzdi"

"Belə oyunları izləyəndən sonra əmin olursan ki, ötən illər ərzində hakimlik nə qədər geri gedib".

Bu sözləri Sportinfo.az-a açıqlamasıında millinin sabiq müdafiəçisi Ramiz Məmmədov deyib.

«Pro» kateqoriyalı məşqçi ölkə kubokunun ¼ final mərhələsinin «Səbail» və «Sumqayıt» arasında keçirilən cavab qarşılaşması (1:2) haqda fikirlərini bildirib.

Təcrübəli mütəxəssis baş hakim Orxan Məmmədovun oyunun nəticəsinə birbaşa təsir göstərdiyini qeyd edib:

"İlk dəqiqələrdən hiss olunurdu ki, o, nələrsə edəcək. «Səbail»in nəticə qazanmasını istəmədiyini çox tez büruzə verdi.

Olmayan penalti və ofsayddan vurulan ikinci qolu saymaqla, «Səbail»ə antipatiya bəslədiyini göstərdi. VAR sistemi olsaydı, bunların heç biri qeydə alınmayacaqdı.

İkinci hissənin əvvəlində «Səbail»in lehinə təmiz penaltini vermədi, Əfran İsmayılovun qolunu saymaadı.

Ümumiyyətlə, bir neçə xırda epizodda «Sumqayıt»ın əleyhinə fit verdi, digər bütün mübahisəli epizodlarda «Səbail»in futbolçularının və məşqçilərinin əsəbləriylə oynadı.

Baş hakimin Vüqar Məmmədə qırmızı vərəqə göstərməsini düzgün hesab etmirəm. Vüqar 3 il gənclər yığmasında işləyib. Mən onu ədəb-ərkanlı və tərbiyəli bir məşqçi kimi tanımışam.

Bu keyfiyyətlər onda olmasaydı, bir belə müddətdə millidə işləməzdi. Görün, hakimin qərəzli qərarları onu nə həddə çatdırdı ki, axırda dözmədi.

AFFA İntizam Komitəsi Vüqara verilən cəzanı ləğv etməlidir. Elə bərbad hakimliyin qarşılığında «Səbail»in məşqçisinin reaksiyası başqa cür ola bilməzdi.

Orxan Məmmədovun qardaşı «Sumqayıt»ın akademiyasında məşqçi işləyir? Xəbərim yoxdur. Mənim meydanda gördüyüm odur ki, Orxan ağır oyunları idarə etməyə layiq deyil.

Onun buna peşəkarlığı və hakimlik səviyyəsi çatmır. Komandalar arasında ayrı-seçkilik edir, qərəzini açıq-aşkar göstərir.

Xaqani Məmmədov Hakimlər Komitəsinin sədri olanda hamı deyirdi ki, haakimliyin səviyyəsi aşağıdır, səhvlər çoxdur. İndi o yoxdur, yerinə Avstriyadan birini gətiriblər. Ancaq səhvlər yenə var, özü də əvvəlkindən qat-qat çoxdur".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı