Kamran Ağayevi məyus edənlər - 705 gündən sonra

7 Fevral 2021 17:40 Səbail 810
Kamran Ağayevi məyus edənlər - 705 gündən sonra

Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev 705 gündən sonra qol buraxıb.

Sportinfo.az xəbər verir ki, təcrübəli qolkiper Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Sumqayıt”la cavab oyununda (1:2) qapısında qol görüb.

Onu görüşün 20-ci dəqiqəsində penalti ilə Rəhim Sadıqov məyus edib. Kamran sonuncu dəfə 2019-cu il martın 3-də qol buraxıb.

Həmin gün “Keşlə” öz meydanında “Qarabağ”a 0:1 hesabı ilə uduzub. Araz Abdullayevin 16-cı dəqiqədəki qolundan sonra 3 rəsmi matça çıxan Ağayev əvəzləndiyi “Neftçi” (0:1), 90 dəqiqə oynadığı “Sabah” (3:0) və “Səbail”lə (1:0) matçlarda qapısını toxunulmaz saxlayıb.

Qolkiper 705 gün qol buraxmadıqdan sonra üzülüb.

Kamran uzun fasilədən sonra bir matçda iki top buraxıb. O, sonuncu dəfə 2019-cu il fevralın 10-da eyni oyunda 2 dəfə üzüntü yaşayıb.

725 gündən sonra belə hal yaşayan futbolçunu sonuncu dəfə “Neftçi” məyus edib – 2:0. Həmin gün Emin Mahmudov dubla imza atıb. Ardınca “Sumqayıt” (2:1), “Qəbələ” (0:0) və yuxarıda qeyd olunan 4 matçda qapıçı 1-dən çox top buraxmayıb.

“Sumqayıt”la ilk görüşdə (1:0) meydana qayıdan qapıçı 673 günlük fasilədən sonra rəsmi matça çıxıb. O, bundan əvvəl sonuncu dəfə 2019-cu il martın 30-da “Neftçi”yə qarşı görüşdə (0:1) şans qazanıb (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”