“Bu dövrdə məşqçilər də, komanda yoldaşlarım da mənə dəstək oldular“.
Sportinfo.az xəbər verir ki, bu açıqlamaı “Səbail“in qapıçısı Kamran Ağayevə məxsusdur.
Futbolsuz günləri 2 il çəkən millinin keçmiş kiperi Bayıl klubunda ona göstərilən isti münasibətdən danışıb:
“Aftandil müəllim zədə almağımdan, qırılmağımdan qorxurdu. Hələ də tam formaya düşməmişəm, artıq çəkiim var.
Hamısını bir vaxtda atmaq da olmur, bədən zəifləyə bilər. Ona görə də zaman lazımdır. Komandanı motivasiya edirdim ki, narahat olmayın, hər şey yaxşı olacaq, mən rahat oynayacam.
İki ildən sonra ilk dəfə meydanda idim və ağrılarım çox idi. “Sumqayıt“la kubok oyunu, ümumi baxanda, yaxşı keçdi və uğur qazandıq. Normal həyatımda zarafatcıl, gülən-danışan biriyəm.
Sadəcə, iş başında olanda 90 dəqiqə başqa adam oluram. Qışqırıram, əsəbi oluram və s. Komanda yoldaşlarım bundan incimirlər, artıq öyrəşiblər“ (gülür).

