Premyer Liqa klubunun "cib"ini tıxac "soyub": "Dedik, bir az tez çıxın"

5 Fevral 2021 16:00 Səbail 873
Premyer Liqa klubunun "cib"ini tıxac "soyub": "Dedik, bir az tez çıxın"

Dünən AFFA-nın İcraiyyə Komitəsi (İK) "Səbail"i 800 manat cərimələdi.

Səbəb qonaq komandanın Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk görüşü çərçivəsində "Sumqayıt"la oyuna (1:0) gecikməsi olub.

Sportinfo.az-a klubun mətbuat xidmətindən gecikməyə yolda qarşılaşdıqları tıxacın səbəb olduğu bildirilib.

Klub sözçusu Mehriban Zeynalova "Mən və bir neçə klub rəsmisi komandadan əvvəl oyun üçün yola düşmüşdük.

Saat yarım tıxacda qaldıq. Yolun bir hissəsi bağlanmışdı. Hətta vəziyyətin belə olduğunu görüb, komandaya məlumat verdik ki, bir qədər tez çıxsınlar.

Tez çıxmalarına baxmayaraq, yenə komanda oyuna gecikdi" deyə, sözlərinə əlavə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti