"Azərbaycana pul üçün getməmişdim - heç vaxt özümü pula satmamışam"

5 Fevral 2021 14:00 Səbail 897
"Azərbaycana pul üçün getməmişdim - heç vaxt özümü pula satmamışam"

"Dəfələrlə öz cibimdən pul xərcləmişəm.

Heç vaxt pul qazanmaq və komanda seçmək istəyən futbolçu olmamışam".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Səbail"in sabiq legioneri Bəxtiyar Rəhmani karyerası barədə danışarkən deyib.

Rəhmani yanvarın 8-də "Səbail"lə yollarını ayırıb. Hazırda İsveçin "Dalkurd" komandasında çıxış edən iranlı yarımmüdafiəçi bildirib ki, futbolu zövq almaq üçün oynayır:

"Azərbaycana pul üçün getməmişdim. Heç vaxt futboldan ciddi gəlirim olmayıb. Bəlkə də bunu demək səhvdir/

Amma dəfələrlə oynadığım komandalarda futbolçulara ödəniş etmişəm. Şükürlər olsun ki, heç vaxt özümü pula satmamışam".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti