«Biz, onsuz da, həmin mövqeyə legioner axtarırdıq və belə bir variantın ortalığa çıxması yerinə düşdü».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Səbail»in baş məşqçisi Aftandil Hacıyev deyib.
Bayıl təmsilçisi «Zirə»dən ayrılan Ali Sisay ilə müqavilə imzalayıb. Sierra-leoneli müdafiəçi ilə anlaşmaa müddəti 6 aydır.
Komandanın çalışdırıcısı adıçəkilən legionerin oyun praktikasının azlığından əziyyət çəkdiyini bildirib:
«Onun kollektivə adaptasiyası vaxt aparmadı. Bir ildir Azərbaycanda çıxış etdiyi üçün tanışlığa ehtiyac olmadı. İlk gündən məşqlərdə aktiv təsir bağışlayır.
Mən onda oynamaq istəyi görürəm. Sadəcə, bir müddət keçməlidir ki, tam formaya düşsün. Çünki az meydana çıxıb.
Yavaş-yavaş ondan istifadə etməyə başlayacağıq. Müdafiə xəttimizi güclənlirəcək səviyyəsi var.
Bundan sonra legioner almayacağıq. Əgər qarşımıza yaxşı gənc futbolçu çıxsa, bəlkə onda transfer edərik».

