“Açıq dedim ki, mən hələ 6-7 ay xeyir verə bilməyəcəm“

4 Fevral 2021 11:00 Səbail 710
“Açıq dedim ki, mən hələ 6-7 ay xeyir verə bilməyəcəm“

“Aftandil müəllimə “çox sağol“ deyirəm. Əlim gipsdə olan vaxt “Səbail”dən zəng gəldi və məni bura dəvət etdi“.

Sportinfo.az xəbər verir ki, bu sözlər millinin keçmiş qapıçısı Kamran Ağayevə aiddir.

Yenidən yaşıl sahələrə qayıdan “əlcək sahibi“ “Səbail“li günlərindən danışıb: “Açıq dedim ki, mən hələ 6-7 ay komandaya xeyir verə bilməyəcəm.

Sağalma dövrü, adaptasiya və əvvəlki formama geri qayıtmaq zaman alacaq. Buna baxmayaq, mənə inanıb güvəndiyinə görə təşəkkür edirəm.

Komandanın uğurları üçün əlimdən gələni edəcəm. Həmin vaxt bir çoxları inanmırdı ki, futbola geri qayıdarm.

Zədədən sonra karyeramın sonu olduğunu düşünürdülər. İndi isə təbii ki, əvvəlki formamda deyiləm. Lakin buna zaman və güc lazımdır“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti