“Baş məşqçimiz Aftandil Hacıyevin qərarına görə, əsas heyətdə meydançaya çıxdım“.
Sportinfo.az xəbər verir ki, bu sözlər “Səbail“in qapıçısı Kamran Ağayevə məxsusdur.
Azərbaycan millisinin sabiq qapıçısı 2 illik fasilədən sonra ilk dəfə “Səbail”in əsas heyətində Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Sumqayıt”a qarşı oyunda (1:0) iştirak edib.
Kiper futbola qayıdışı barədə fikirlərini klubun saytına açıqlayıb: “Mən əgər bu klubun oyunçusuyamsa, “hazır deyiləm”, “oynaya bilmərəm” sözünü işlədə bilmərəm.
Baş məşqçi deyirsə “oynamalısan”, sən də oynamalısan. Yenidən meydanda olmaq və qələbə qazanmaq sevindirici haldır.
Oyunda əsas məsuliyyət o idi ki, komandanın əziyyətini yerə vurmayım. Çünki meydanda məndən başqa daha 10 nəfər var idi.
Qələbə də, məğlubiyyət də hamımızındır. Kiçik bir səhvlə məğlub ola bilərdik. Lakin qələbə ilə qayıtdıq“.

