"Vurduğum qola aqressiv sevinməyimin səbəbi vardı, amma..."

3 Fevral 2021 11:40 Səbail 955
"Vurduğum qola aqressiv sevinməyimin səbəbi vardı, amma..."

"Bizi çətin oyun gözlədiyini bilirdik.

Çünki "Sumqayıt" yaxşı komandadır. Oyun da maraqlı keçdi.

Səfərdən sərfəli nəticə ilə qayıtmağımız yaxşı haldı, amma bizə cavab görüşündə də çətin olacaq. Yaxşı hazırlaşmalıyıq.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Sumqayıt" üzərində qazanılan qələbədən danışan "Səbail"in hücumçusu Amil Yunanov deyib.

Hücumçu komandasının ikinci hissə zəif çıxış etməsini hesabla əlaqələndirib: "Demədimz ki, 2-ci hissə zəif çıxış etdik. Mübarizə apardıq. Ola bilər bir az müdafiəyə çəkildik. Bu da normaldı. Çünki hesabda öndəydik".

Yunanov qoldan sonra aqressiv sevincinin Ayxan Abbasovla bağlı olmadığını bildirib:

"Qola aqressiv sevinməyimin səbəbi vardı. Amma oyun baxımından kiməsə nəsə sübut etmək niyyətində deyildim.

"Səbail" üçün çalışıram və istər "Sumqayıt", istərsə də başqa komandalara qarşı canla-başla oynamağa hazıram

. Keçmiş artıq keçmişdə qaldı. Nəyəsə qayıtmaq istəmirəm. Qabağa baxmaq lazımdır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti