Kamran Ağayev 2 ildən sonra...

1 Fevral 2021 13:20 Səbail 1 361
Kamran Ağayev 2 ildən sonra...

Azərbaycan millisinin sabiq oyunçusu Kamran Ağayev uzun fasilədən sonra rəsmi matça çıxacaq.

Sportinfo.az xəbər verir ki, hazırda "Səbail"in formasını geyinən 35 yaşlı qapıçı bu gün ölkə kubokunun 1/4 final mərhələsinin ilk görüşündə "Sumqayıt"a qarşı oynayacaq.

Komandanın baş məşqçisi Aftandil Hacıyev təcrübəli qolkiperə start heyətində yer verəcək. "Kapital Bank Arena"dakı qarşılaşma saat 16:00-da start başlayacaq.

Kamran Ağayev "Səbail"ə 2020-ci ilin avqustunda keçib. Onun klubla sözləşməsi mövsümün sonunda başa çatacaq.

Ağayev son rəsmi oyununu 2019-cu ilin martında "Keşlə"nin heyətində "Neftçi"yə qarşı keçirib. O, görüşün 30-cu dəqiqəsində zədələnərək meydanı tərk edib və uzun müddət futbolsuz qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti