"Qarabağ" bu mövsüm də çempion olacaq" – KAPİTAN PROQNOZU

1 Fevral 2021 15:00 Səbail 839
"Qarabağ" bu mövsüm də çempion olacaq" – KAPİTAN PROQNOZU

"Səbail"in kapitanı Rahid Əmirquliyev cari mövsümün yekunu ilə bağlı proqnoz verib.

Yarımmüdafiəçi Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın Premyer Liqada yenidən zirvəyə yüksəlməsinin təbii olduğunu bild irib.

O, düşünür ki, bundan sonra Qurban Qurbanovun komandasının liderlik kürsüsündən salmaq çətin olacaq: "Qarabağ" təxirə salınmış oyunda komandamız üzərində 4:0 hesablı qələbə qazanaraq, "Neftçi"ni qabaqladı və lider oldu.

"Qarabağ" qış fasiləsinə kimi həm də Avropa Liqasının qrupunda çıxış edirdi. Amma indi bütün fikirlərini ölkə çempionatına cəmləyəcəklər.

Bu baxımdan inanmıram ki, hansısa rəqib onların liderliyini əlindən aslın. Yəqin ki, "Qarabağ" bu mövsüm də çempion olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!