"Zirə"dən ayrıldı, "Səbail"ə keçdi

31 Yanvar 2021 20:10 Səbail 841
"Zirə"dən ayrıldı, "Səbail"ə keçdi

"Səbail" heyətinə yeni oyunçu cəlb edib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi sierra-lioneli müdafiəçi Ali Sisayla mövsümün sonuna qədər müqavilə imzalayıb.

Sisay yeni komandasında 4 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 27 yaşlı futbolçu buna qədər "Zirə"də çıxış edirdi. İki gün əvvəl paytaxt klubu onunla müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv etdiyini açıqlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti