"İndi Kamranın daha çox dəstəyə ehtiyacı var"

31 Yanvar 2021 15:00 Səbail 1 300
"İndi Kamranın daha çox dəstəyə ehtiyacı var"

«Onu komandaya dəvət edəndə, çox adam inanmırdı ki, Kamran bir də futbola dönə bilər».

Bu sözləri Sportinfo.az-a açqlamasında «Səbail»in baş məşqçisi Aftandil Hacıyev deyib.

O, ötən ilin sentyabrıında düşərgəyə qoşulan Kamran Ağayevin hazırkı durumu barədə danışıb. Gənc mütəxəssis ilyarımlıq fasilədən sonra futbola qayıdan millinin keçmiş qapıçısınıın formaya düşmək üzrə olduğunu bildirib:

«O, ilk vaxtlar xeyli artıq çəkidən əziyyət çəkirdi. Gərək hər zaman idman rejimini gözləsin. Bir az fikir verməyən kimi çəkisi aartır.

Açığı, Kamran ötən müddət ərzində öz üzərində çox işlədi. Yaxşı mənada məni təəccübləndirdiyini deyərdim. Gərgin məşqlərdən çəkinmədi, çox çalışdı, gördüm ki, özünü tamamilə futbola verib.

«Zaqatala» ilə kubok oyununda qapını ona tapşırmaq istəyirdim. Həmin gün atasının «qırx» mərasimi olduğu üçün Şabrana getməli idi, mən də icazə verdim.

60-70 faiz özünə gəlib artıq. İnşallah, qarşıdakı oyunlarda yavaş-yavaş şans qazanacaq. Oynaya-oynaya daha tez özünə gələcək, forma yığacaq. İndi Kamranın daha çox "dəstəyə ehtiyacı var».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti