"Səbail" qış fasiləsindən sonra ikinci transferini reallaşdırıb.
Sportinfo.az-ın məlumatınaa görə, "Samtrediya"dan (Gürcüstan) hücumçu Luka İmnadzeni heyətinə qatan Bayıl təmsilçisi Milovan Petroviçlə münasibətlərini rəsmiləşdirib.
Şimali Makedoniyadan olan yarımmüdafiəçi dünən Azərbaycana gəlib və onunla 6 aylıq müqavilə imzalanıb.
31 yaşlı legioner son olaraq ölkəsində "Vardar"da çıxış edib. O, 9 dəfə Şimali Makedoniya yığmasının formasını geyinib.

