"Qəmginik, maliyyə və oyunçu cəhətdən çətinliklərimiz var"

22 Yanvar 2021 17:40 Səbail 631
"Qəmginik, maliyyə və oyunçu cəhətdən çətinliklərimiz var"

"Neftçi" ilə oyuna çox ciddi hazırlaşmışdıq, onları düzgün analiz etmişdik".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in yarımmüdafiəçisi Əfran İsmayılov deyib.

Matçın 29-cu dəqiqəsində penaltidən hesabı açan təcrübəli futbolçu ilk hissənin sonunda buraxılan qolun məğlubiyyətdə əsas rol oynadığını düşünür:

"Gördüyünüz kimi ilk hissə rəqibin şansları yox idi. Oyuna yaxşı başladıq və hesabda önə çıxdıq. Fərqi artıra da bilərdik.

İlk hissənin sonuna yaxın ani boşluq oldu. Daha doğrusu, Sabir Buqrinin fərdi keyfiyyətləri hesabına vurulan qol oldu. Bəlkə, 100 dəfə vursa, elə qol olmazdı. Çox yaxşı qola imza atdı.

Fasiləyə qəmgin yollandıq. İkinci hissəyə çox çalışdıq ki, toparlanıb, vəziyyətdən çıxaq, amma alınmadı. Bu da sonda məğlubiyyətə gətirdi".

İsmayılov yaxşı oyun keçirməsinə rəğmən, 86-cı dəqiqədə əvəzlənməsini belə izah etdi: "Baş məşqçinin qərarı idi. Açığı, oyundan əvvəl bir az yorğunçuluğum vardı.

Ağır məşqlərdən sonra özümdə yorğunluq hiss edirdim. Baş məşqçi ilə bu barədə danışmışdım. Ola bilsin ki, bunu fikirləşib məni əvəzlədi.

Əlimdən gələnin ən yaxşısını komandam üçün edəcəm. Bura gələndə bildirmişdim ki, çalışacam, faydalı olum. Bir az çətinliklərimiz var. Həm oyunçu cəhətdən, həm maddi cəhətdən.

Buna baxmayaraq öz adımız üçün maksimum çalışırıq ki, komandamız üçün də ən yaxşısı olsun".

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!