Şimali Makedoniya yığmasına lazım olmayan "Səbail"ə lazımdır

21 Yanvar 2021 14:00 Səbail 611
Şimali Makedoniya yığmasına lazım olmayan "Səbail"ə lazımdır

"Səbail" heyətini yeni futbolçu ilə gücləndirir.

Sportinfo.az "Vecer.mk" saytına istinadən xəbər verir ki, klub Şimali Makedoniyadan olan yarımmüdafiəçi Milovan Petroviklə anlaşıb.

Paytaxt təmsilçisinin 31 yaşlı oyunçu ilə müqavilə imzalayacağı gözlənilir.

Milovan Petrovik son olaraq ölkəsində "Vardar"da çıxış edib. O, 9 dəfə Şimali Makedoniya yığmasının formasını geyinib. "Səbail" daha əvvəl gürcüstanlı hücumçu Luka İmnadzeni transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!