“Çox ambisiyalıyam“ – İndi avazı yaxşı gəlir… FOTO

21 Yanvar 2021 17:00 Səbail 877
“Çox ambisiyalıyam“ – İndi avazı yaxşı gəlir… FOTO

Məlum olduğu kimi, “Səbail” heyətinə yeni legioner qatıb.

Sportinfo.az xəbər verir ki, Bayıl klubu gürcü yarımmüdafiəçi Luka İmnadzeni rənglərinə bağlayıb.

23 yaşlı futbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. İmnadze karyerası ərzində “Quria”, “Saburtalo”, “Kolxeti Poti”, “Rustavi” və “Samtredia” klublarının uğurları üçün çalışıb.

Gürcüstanlı legioner klubun rəsmi saytına açıqlamasında keçidini şərh edib:

“Çox ambisiyalı məqsədlərim var. Komanda ilə birlikdə azarkeşlərin gözləntilərini doğrultmaq istəyirəm. “Səbail” ilə ən yüksək nəticələri əldə etmək üçün əlimdən gələni edəcəm”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!