"Səbail"in səhifəsində erməni təxribatının İYRƏNC İZİ - FOTO

20 Yanvar 2021 09:40 Səbail 948
"Səbail"in səhifəsində erməni təxribatının İYRƏNC İZİ -  FOTO

«Səbail»in rəsmi «feysbuk» səhifəsi erməni təxribatına məruz qalıb.

Daniel Anton adlı sosial şəbəkə istifadəçisi səhifədə Ermənistan bayrağını yerləşdirib.

Qvatemadan olan izləyici bunu «Vacib oyuna hazırlaşırıq» başlıığı ilə verilən statusun şərh bölməsində edib.

«Səbail» Nikolas Hageni heyətinə qatandan sonra öyünürdü ki, Qvaatemalada böyük tərəfdar kütləmiz əldə etmişik.

Səhifədə elə gün olmur ki, qvatemalalı qapıçıya aid hansısaa foto paylaşılmasın. Burada məqsəd asan yolla izləyici və «like» sayı əldə etməkdir.

Buyurun, bu da sizin «izləyiciniz»!

Üstündən xeyli keçsə də, həmin əski parçasının əks olunduğu foto-rəyin səhifədən silinməməsi çox qəribədir.

Biz, onsuz da, bilirdik ki, «Səbail» qeyri-peşəkar klubdur, rəhbərliyi bir nəfərdən ibarətdir, dərəbəylik hökm sürür, amma…

Bir səhifəyə nəzarət etməyəcək qədər məsuliyyətsiz olduqlarını da indi gördük. Təxribat xarakteri daşıyan o fotonu oradan silmək nə çətin işdir ki, onu da etmirlər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti