"Səbail" iki legionerlə danışıqlar aparır, birinə də pul axtarır

17 Yanvar 2021 16:00 Səbail 764
"Səbail" iki legionerlə danışıqlar aparır, birinə də pul axtarır

"Gürcü və şimali makedoniyalı olmaqla, iki legionerlə danışıqları davam etdiririk".

Bu sözləri Sportinfo.az-a açqlamasında "Səbail"in baş məşqçiçi Aftandil Hacıyev deyib.

Qış fasiləsində 6 oyunçu ilə vidalaşdıqlarını xatırladan mütəxəssis heyətlərinə ən azı 2 yeni futbolçu cəlb etmək istədiklərini söyləyib:

"Gedən futbolçuların karyeraları burada alınmadı. İnanıram ki, istədikləri komandanı tapacaqlar. Transferlə bağlı axtarışlarımız davam edir.

İki futbolçu ilə danışıqlar gedir. Rəsmi nəsə olmadığı üçün bir qədər gözləmək lazımdır. Müdafiə, yarımmüdafiə və hücumda universal ola biləcək futbolçu axtarırıq.

Danışıqlar apardığım legionerlərdən biri dayaq, digəri hücumameylli yarımmüdafiəçidir. Bir mərkəz müdafiəçisi də axtarırıq.

Amma hələ bu mövqeyə heç kimi tapmamışıq. Həm də namizəd düşsə, badcəyə baxacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”