"Komandamızın təhcizatla bağlı heç bir problemi yoxdur"

16 Yanvar 2021 21:20 Səbail 891
"Komandamızın təhcizatla bağlı heç bir problemi yoxdur"

«Komandamızın təhcizatla bağlı heç bir problemi yoxdur».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Səbail»in baş məşqçisi Aftandil Hacıyev deyib.

«Dənizçilər»in çalışdırıcısı bildirib ki, klub rəhbərllyi futbolçuların geyim təminatı üçün lazım olan bütün işləri görüb:

«Ötən mövsüm olduğu kimi, indi də eyni markadan istifadə edirik. Şirkəti və modeli dəyişməmişik. Ona görə də kənardan elə görünə bilər ki, 2 il əvvəlki geyimlərlə meydana çıxırıq.

Yayda bütün futbolçulara yeni formalar paylanıb. Bu qış gələnləri də tezliklə formayla təmin etməyə çalışırıq. İki-üç gün içində bu da həllini tapmalıdır».

Digər Xəbərlər
Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!