Buranı bəyənmədi, aşağı liqa klubu ilə 3 illik müqavilə imzaladı

14 Yanvar 2021 10:40 Səbail 632
Buranı bəyənmədi, aşağı liqa klubu ilə 3 illik müqavilə imzaladı

Qış fasiləsində "Səbail"dən ayrılan Bəxtiyar Rəhmani kayrerasını İsveçdə davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, o, "Dalkurd"a keçib.

30 yaşlı yarımmüdafiəçi aşağı liqa təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

Keçidi ilə bağlı danışan iranlı legioner "dənizçilər"in baş məşqçisi Aftandil Hacıyevə və keçmiş komanda yoldaşlarına təşəkkür edib.

Bəxtiyar Rəhmani 2020-ci ilin noyabrında "Səbail"ə keçib. O, Premyer Liqa təmsilçisində 3 oyunda meydana çıxıb.

Bayıl təmsilçisi qarşılıqlı razılaşma əsasında bu yay başa çatacaq müqaviləsinə vaxtından əvvəl xitam verib. Maliyyə şərtlərində ortaq məxrəcə gəlinməməsi səbəbindən.

Belə ki, Bəxiyar "Səbail"dən 5000 dollar civarında əməkhaqqı tələb edib. Klub isə onun konraktını birdən-birə 2 dəfə artırmağa hazır olmadığından, getməsinə icazə tanıyıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!