"Hazırkı heyət yeni baş məşqçimizi razı salır"

6 Avqust 2020 10:52 Sabah 949
"Hazırkı heyət yeni baş məşqçimizi razı salır"

Növbəti mövsüm avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaq «Sabah» transfer çalışmalarını yekunlaşdırmağa hazırlaşır.

Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib.

Onun sözlərinə görə, komanda demək olar tam komplektləşib: «Hazırkı heyət baş məşqçi Visente Qomesi razı salır. O ki qaldı yeni futbolçuların cəlb edilməsinə, baş məşqçi və rəhbərlik ehtiyac görsə, bu məsələ müzakirə edilə bilər».

Masazır təmsilçisi bu yay 9 transfer edib. “Qəbələ”dən Amin Seydiyev, Samir Məhərrəmli, İdris İnqilablı, “Keşlə”dən Slavik Alxasov, “Qarabağ”dan Nicat Mehbalıyev, “Sumqayıt”dan Aleksey İsayev, “Anji”dən (Rusiya)) Camal Cəfərov və “Domjale”dən (Sloveniya) Nikola Vuyadinoviçlə müqavilə imzalanııb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"