Sabaha açılan qapı – Ziyanın yarısından qayıtmaq pisdirmi?

5 İyul 2020 22:40 Sabah 1 094
Sabaha açılan qapı – Ziyanın yarısından qayıtmaq pisdirmi?

AFFA İcraiyyə Komitəsinin Premyer Liqanı yarımçıqbaşa vurmaqla bağlı qərarından sonra 2 klub baş məşqçi dəyişikliyinə getdi.

Öncə «Zirə», ardınca «Sabah» bu addam atdı. Daha doğrusu, rəsmi açıqlamalarda bu qərarın qarşılıqlı razılaşma əsasında verildiyi bildirilir.

Zaur Həşimovun «Zirə» ilə üzlüşməsi gözlənilən idisə, Jelko Sopiçin ayrılmasını proqnozlaşdıran az idi. Bu, aydın səmada şimşək çaxdırmasa da, hər halda reaksiyalar müxtəlifdir, rəylər çoxdur.

Ölkə kuboku ilə ¼ final mərhələsində vidalaşan «Sabah» Premyer Liqanın arxada qalan 20 turunda 21 xal toplamışdı.

Son 8 turda uğurlu seriyaya imza atıb, dördüncü, hətta üçüncü pilləyə yüksəlmək olardı. İcraiyyə Komitəsi məlum qərarı verincə, Masazır təmsilçisinin avrokuboklara vəsiqə qazanmaq ümidi «Zirə» ilə bərabər yox oldu.

Deməli, artıq yeni mövsümü düşünmək lazım idi. «Sabah» rəsmiyyətinin islahatlara bəzi futbolçuları göndərməklə başlayıb, ardınca Sopiçi də yola salması göstərdi ki, növbəti məqsədlər daha ciddidir və fikir həqiqətən Avropaya açılmaq və inkişaf etməkdir.

Bunların heç biri adını çəkdiyimiz xorvatiyalı ilə olmayacaq və ötən ilin noyabrından başlayan fəaliyyəti Sopiçin «Sabah»ın parametrlərinə uyğun gəlmədiyini sübuta yetirdi.

Bu özündənrazı və ziddiyətli xarakter sahibi hesab edirdi ki, Azərbaycana gəlibsə, gül də onluqdur, gülüstanlıq da. Deyəsən, buranı Afrikanın hansısa banan respublikasıyla səhv salmışdı və gəldiyi gündən yersiz açıqlamalarıyla ətrafa «güllə saçırdı».

Gaha futbolçuları mətbuatın önündə tənqid edir, gah da iddialı komanda yaratmağa doğru getdiyini söyləyirdi. Bu ikisi bir arada mümkün idi və az keçmiş, «CBC Sport»un efirinə çıxıb dedi ki, mən bura pul qazanmağa gəlmişəm.

O. işini davam etdirsəydi, biz bir az sonra Xorvatiyanın ortabab klublarının əsas heyətində nadir hallarda forma geyinən çoxlu sayda futbolçunu «Sabah»da görəcəkdik,

Onun oynatdığı futbol zəhlətökən olmasa da, hər halda baxımlı və xoşagəlimli də deyildi. Sıxıcı «vur qabağa» futbolu ilə stabillik əldə etmək, nəticəyə tərəf getmək vəlidperlər qrupunda möhkəmlənmək qeyri-mümkün idi. Bir oyun şablonu yaratmaq üçün bəzən 6 ay, bəzən 1 il gözləməklazım gəlir.

Hələ minimumu deyirik. Amma bu müddət də bəs edir ki, nələrisə analiz edəsən, müəyyən bir proqnoz verəsən, hansısa versiya üzərində dayanasan. Ümid işığı və ya ona oxşar işıqucu görürsən və fikir hasil olur ki, bəli, gözləməyə, şans verməyə dəyər, ya yox.

«Sabah» klub olaraq təşkilatlanma dövrünü artıq keçib və təminatı yerli-yerindədir. Maksud Adıgözəlov bir rəhbər şəxs olaraq nə deyib və etməyib? Nə deyibsə, edib və özü də artıqlamasıyla! Yalan vəd verməyib, sözünün arxasından qaçmayıb.

Qalan və ya gedən futbolçuların hər hansı biri indiyədək klub rəhbərliyindən şikayətlənməyib. Bunun özü mühüm faktordur, diqqətə alınması vacib nüansdır.

Komandanın mövsümü 4 məşqçi ilə keçirməsi başqa mövzudur və yeri gəlibsə, deməliyik ki, bu, rəhbərliyin daha çox Elşad Əhmədovun ötən yay verdiyi sözə inanmasıyla başlayan və məlum həddə çatan prosesdir.

Onda yediyi kababın dadı Əhmədovun damağında necə qalmışdısa, bihuş olub, «çox rahatlıqla avrokuboklara gedəcəyik» vədi vermişdi, sözügedən məşqçiyə inam o qədər böyük idi ki… Hardasa sərhədsiz!

Və Əhmədov quru vəddən əməli işə keçincə, çiyin verdiyi yükün onluq olmadığını anladı. Doğrudan da, artıq gec idi. Gecikmiş və gecikdirmişdi. Onun gedişinin mövsümün əvvəlinə təsadüf etməsi müəyyən şeyləri dəyişsə də, hər şeyi dəyişə bilməzdi.

Çünki komandanı məhz o yığmışdı və topladığı heyət istər seleksiya səhvlərini, istərsə də yanaşma tərzindəki səhvləri zamanla gözlər önünə sərdi. Elşad Əhmədovdan miras qalan kontingentlə bir müddət İqor Ponomaryov yola getdi, ancaq özü də görürdü ki, düşərgəyə başdan-başa «süpürgə çəkmək» düzgün olmaz.

Axı özünün də bu postda müvəqqəti olmasını bilirdi. Bunu etməkgbrəvi Sopiçə düşürdü, fəqət xorvatiyalı ab-havanı sağlamlaqşdırmağa cəhd etməkdənsə, onu daha da gərginləşdirəcək açıqlamalar və hərəkətlərlə yadda qaldı. Nəticədə sabaha inam yaradacaq oyun dəst-xətti də tamamilə itdi və zənn etdi ki, 2021-ci ilin yayına qədər müqaviləsi varsa, istədiyimi edə bilər.

Əslində, «Sabah»ın ayrı-ayrı mövqelər üzrə çox yaxşı futbolçuları var. Əsasən də yerli bazardan. Arxadan isə istedad vəd edən gənclər gəlir. Əhmədovda yanlışlıq legioner seçimində və futbolçularla münasibət qura bilməməkdə idisə, Sopiç hər iki spekt üzrə ondan da «uzağa getdi».

5 ayın içində özünü sırf bu cür, «orjinal» tanıtmaq xorvatiyalının uğur qazanmaq faizini çox aşağı salırdı və «Sabah» rəsmilərinin onunla məhz indi vidalaşması təəccüblü qarşılanmamalıdır əslində.

Bu, sabah baş versəydi, «Sabah» üçün yeni mövsümün də itirilməsi demək olacaqdı. Ziyanın yarısından qayıtmaq da bir xeyir və qətiyyət növüdür.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti