COP29

Bu qədər büdcəsi var, bəs niyə ötən günlərin xiffətini çəkir?

29 Noyabr 2023 09:40 Sabah 1 074
Bu qədər büdcəsi var, bəs niyə ötən günlərin xiffətini çəkir?

Bildiyimə görə, «Sabah» rəhbərliyi Murad Musayevə yeni müqavilə təklif edib.

Razılaşsa, rusiyalı gələn mövsümün sonunadək Azərbaycanda qalacaq.

Ona ölkəsindən dəvətlərin gəlməsindən xəbərdaram. Rusiya premyerliqasının ortababları sabiq «Krasnodar»lını yenidən vətənə qaytarmaq üçün növbəyə düzülüb.

Lap çörək növbəsinə düzülən kimi.

Musayev isə hələlik «Sabah»da çörək qazana və qazandıra bilmir. Keçən mövsüm heç. Keçən mövsüm qaldı elə keçmişdə.

Bu fikirdən xoşum gəlir: deyilir ki, dünənə görə sağ ol, de görüm, bu gün nəyə qadirsən. Murad Musayev indən sonra belə suallarla tez-tez rastlaşacaq.

Vaxt sürətlə gedir. Həftələr bir-birini qovur, «Sabah» hələ də düşdüyü vəziyyətdən çıxa bilmir, orta sıralarda vurnuxur.

Halbuki indiyə liderlər qrupunda qərarlaşmalı, avrozonada özlərinə yer etməli idilər. Nəticələrdə sabitliyin olmaması, deyərdim ki, baş məşqçinin özünün də forma yığmamasından qaynaqlanır.

2021-ci ilin payızında, bura gələndə də situasiya eyni deyildimi? Bəyəm onda heyəti özü yığıb toplamışdı?

Musayev həmin vaxt komandanı gec götürmüşdü, amma istər o sezon, istərsə də ötən futbol ilində yaxşı iş gördü, konfet düzəltdi.

Bəs hazırkı, daha böyük büdcəli heyətlə ötən günlərin xiffətini çəkir?

Musayev ağlını yalnız «Sabah»a versə, başqa təklifləri xəyal edib beynində fırlatmasa, çox iş görər. Keçən sezon nə işlər görmüşdü, bax, elə!

«Qarabağ»la qarşlıaşma böyük ümid işığı yandırır. Emmanuel Apeh ilk hissədə penalti zərbəsini dəqiq yerinə yetirsəydi,

«Sabah» Masazıra gələn qonaqlarını əliboş yola salacaqdı. Heç bir halda məğlubiyyətə layiq deyildilər.

Təcrübə köməyə gəlsə də, bəxt onlardan üz döndərdi.

Həmişə belə olmayacaq ki!

Əsas istəkdir, əsas motivasiyadır. Murad Musayevdə bu istəyi, bu motivasiyanı görən futbolçu da bu yolla gedər.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"