“Bilirəm ki, “Play Station” alsam, bütün günü oynayacam”

14 Aprel 2020 16:45 Sabah 1 071
“Bilirəm ki, “Play Station” alsam, bütün günü oynayacam”

“Hazırda vəziyyət elədir ki, günün hansı saatı olmağı önəmini itirib. Çünki 24 saat evdə oluram”.

Sportinfo.az xəbər verir ki, bunu millinin və “Sabah”ın futbolçusu Bəhlul Mustafazadə deyib.

23 yaşlı mərkəz müdafiəçisi karantin dövründə evdə gördüyü işlərdən danışıb: “Fərdi məşqlər etməyə, düzgün qidalanmağa diqqət etməyə çalışıram.

Digər vaxtlarda isə film izləyirəm, kitab oxuyuram və dostlarımla görüntülü danışıram. Əvvəl izlədiyim filmlərə təkrar baxıram. “Pawn Sacrifice” (“Piyada qurbanı”) və “Into the Wild” (“Vəhşi təbiətə doğru”) həmin təkrar baxdığım filmlərdəndir.

Bundan əlavə, tarixlə bağlı kitablar oxuyuram. Bunlar yəhudi tarixçi Yuval Noax Hararinin “Sapiens: A Brief History of Humankind” (“Sapiens: Bəşəriyyətin qısa tarixi”) və “Homo Deus: A Brief History of Tomorrow” (“Homo Deus: Sabahın qısa tarixi”) kitablarıdır. Həmçinin amerikalı Suzan Vays Bauerin dörd hissədən ibarət dünya tarixinə aid kitabını oxuyuram”.

Adətən futbolçuların əksəri evlərində vaxtı daha çox “Play Station” oynamaqla keçirir. “Bəs Bəhlul Mustafazadə niyə “Play Station” xəstəliyinə tutulmayıb?” sualına gənc futbolçumuz maraqlı cavab verib: “Bilirəm ki, “Play Station” alsam, bütün günü oynayacağam. Ona görə də almamağa çalışıram”.

Digər Xəbərlər
Xəbər Lenti