"Sabah"ın legioneri həftədə 1 və ya 2 dəfə yemək bişirir

14 Aprel 2020 11:45 Sabah 558
"Sabah"ın legioneri həftədə 1 və ya 2 dəfə yemək bişirir

"Açığı, nadir hallarda yemək hazırlayıram. Bu, həftədə cəmi 1 və ya 2 dəfə olur".

"bu fikirləri "Sabah"ın moldovalı futbolçusu Yevgeni Koçuk ölkəsinin mətbuatına açıqlamasında deyib.

Koronavirus pandemiyasına görə ölkəmizdə qalan 27 yaşlı yarımmüdafiəçi karantin dövründə evdəki məşğuliyyətindən söz açıb. Moldova millisinin üzvü bildirib ki, yeməkləri adətən onun həyat yoldaşı hazırlayır: "Ona görə də mənim nə isə hazırlamağıma ehtiyac qalmır. Bu kimi işlərlə xanımım məşğul olur".

Koçuk cari mövsümün əvvəlində "Səbail" klubunu "Sabah"a dəyişib. O, boş vaxtlarında kitab oxuduğunu və maraqlı filmlərə baxdığını söyləyib:

"Məşqçilərin və futbolçuların həyatından bəhs edən avtobioqrafik kitablar oxumağı xoşlayıram. Bu müddətdə Ser Aleks Ferqyusonun və Ceymi Vardinin avtobioqrafiyasını oxumuşam".

Moldovalı formada qalmaq üçün qidalanmasına xüsusi diqqət yetirir: "Kökəlməyə meylli olmasanız da, məşqsiz artıq çəki ala bilərsiniz. Düşünürəm ki, biz sağlam qidalanmalı və sağlamlığımızın qeydinə qalmalıyıq. Əlbəttə ki, məşqləri də unutmuram. Gündə iki dəfə fərdi hazırlaşıram".

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!