Ramil Şeydayev aldığı yeni təkliflər barədə danışdı

23 Mart 2020 22:00 Sabah 1 070
Ramil Şeydayev aldığı yeni təkliflər barədə danışdı

"Vaxtımın daha çoxunu evdə keçirirəm. Fərdi olaraq evdə məşq edirəm. Hərdən isə dənizkənarında qaçıram".

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a "Sabah"ın hücumçusu Ramil Şeydayev deyib.

Azərbaycan millisinin də şərəfini qoruyan futbolçu koronavirus pandemiyası ilə bağlı “çellenc”ə qoşularaq evdə çaynik çiləməsinə aydınlıq gətirib: "Hamı tualet kağızı ilə “çellenc”ə qoşulmuşdu. Evdə köhnə çaynik var idi, mən də onunla bu hərəkəti etdim. Təbii ki, ayağım ağrımadı"

Liberets "Slovan"ın transfer siyahısında yer alan forvard Çexiyaya yollanıb-yollanmayacağı haqda da danışıb. O bildirib ki, hər şeyə mövsümün sonunda aydınlıq gələcək: "Slovan"la danışığım olmayıb. Amma çempionat başa çatdıqdan sonra gələn təklifləri gözdən keçirəcəm".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"