“Sabah” ən azı daha iki yeni transfer etməlidir

19:40 Sabah 116
“Sabah” ən azı daha iki yeni transfer etməlidir

“Sabah” tarixində ilk dəfə Çempionlar Liqasının liqa mərhələsində mübarizə aparacaq.

Təmsilçimizi qarşıda Avropanın nəhəng klubları ilə çətin və maraqlı görüşlər gözləyir.

Bəs “Sabah” bu rəqiblərdən hansından xal ala bilər və liqa mərhələsini neçə xalla başa vura bilər?

Komanda.az bu suallarla Sportinfo.az-ın təsisçisi İlkin Vaqifoğluya müraciət edib:

“Mənim üçün məsələ belədir: “Sabah” təsnifat mərhələsində bu dörd matçda elə yüksələn qrafiklə oyun sərgilədi ki, komandanın Çempionlar Liqasında sürpriz edə biləcəyini düşünürəm.

Mənim artıq belə bir ümidim var. Çünki komanda kifayət qədər sabitdir.

Onların kifayət qədər yaxşı baş məşqçisi var. Futbolçuların demək olar hamısı bir-birini gözüyumulu anlayır.

Ona görə də düşünürəm ki, “Sabah” Çempionlar Liqasının əsas mərhələsində bir qələbə qazana bilər və yaxud iki-üç heç-heçə edə bilər.

Ümumiyyətlə, “Sabah”ın daha çox qələbəyə oynayacağını düşünürəm. Mənim fikrimcə, komandanın burada həmin gün üçün rəqibinin necə olacağı çox önəmli məsələdir.

Düşünürəm ki, “Sabah”a ən azı iki yeni transfer lazımdır. Əsas problemlərin bu sahələrdə yarana biləcəyini düşünürəm.

Təkcə bir-iki futbolçuya ümid etmək olmaz. Onlardan da səviyyəli oyunçular bura gəlsə, fikrimcə, “Sabah” daha yaxşı çıxış edə bilər”.

Kimdən xal almaq olar? Düşünürəm ki, “Arsenal”, “Barselona”, “Borussiya” (Dortmund) kimi komandalarla oyunlarda “Sabah”dan nəsə gözləmək çətin olar.

Amma digər komandalarla oyunlarda “Sabah” hər şey edə bilər.

Oyunlarda uduza da bilər, qazana da bilər. Amma “Sabah”ın həmişə nəticə üçün oynayacağını düşünürəm”.

Digər Xəbərlər
Xəbər Lenti