Premyer Liqanın yeni çempionu legionerin təqdimatını bu yerdə etdi - VİDEO

02:40 Sabah 78
Premyer Liqanın yeni çempionu legionerin təqdimatını bu yerdə etdi - VİDEO

“Sabah” Du Keyrosu təqdim edib.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı braziliyalı “Zenit”dən cari mövsümün sonunadək icarəyə götürülüb.

Müqaviləyə əsasən, “Sabah”ın icarə müddəti başa çatdıqdan sonra futbolçunu birdəfəlik transfer etmək hüququ da var.

Du Keyros peşəkar karyerasına Braziliyanın “Korintians” klubunda başlayıb. O, daha sonra “Qremio” və “Sport Resife”də çıxış edib. 2023-cü ildən “Zenit”in futbolçusu olan yarımmüdafiəçi son mövsümü icarə əsasında “Orenburq”da keçirib.

Braziliyalı futbolçu ötən mövsüm “Orenburq”un heyətində bütün turnirlərdə 29 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə verib.

“Sabah” tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq.

Bakı təmsilçisinin rəqibləri “Barselona”, “Arsenal”, Dortmund “Borussiya”sı, “Mançester Yunayted”, “Napoli”, “Vilyarreal”, “Slaviya” (Praqa) və “Vikinq”dir.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!