“Sabah”ın Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri məlumdur.
“Tələbələr” Avropanın bir nömrəli klub turnirində qitənin nəhəngləri ilə üz-üzə gələcək.
Mövqelər üzrə diqqət yetirsək, baş məşqçi Valdas Dambrauskasın sərəncamında kifayət qədər futbolçunun olduğunu görmək olar.
Müdafiə xəttinin əmin əllərdə olduğunu deməliyik. Ənənəvi “4-lük” bəllidirsə, ehtiyatda Tellüt Mütəllimov, Eyden Makkarti və Junior Almeyda şans gözləyir. Eydenlə Junior mərkəzdəkiləri, Tellur cinahdakı futbolçuları əvəz edə biləcək gücdədir. Daha bir cinah oyunçunun gəlişi pis olmaz.
Yarımmüdafiədə maşallah olsun, bolluqdur. Orta sahənin mərkəzində 6 futbolçu var. Cinahlardakı vəziyyət də pis deyil. Vəziyyətə uyğun olaraq solda Kristian Nvaçukvu ilə Velko Simiç, yeri gələndə Coy-Lens Mikels oynaya bilər. Sağda isə Kahim Parrislə Ksander Severina arasında rəqabət müşahidə olunmaqdadır.
Hücumun sivri ucunda Mikels “vuran ayaq” öhdəliyini boynuna götürüb. Orfe Mbinanı da uğurlu seçim hesab edə bilərik. “Sabah”ı qarşıda uzun və yorucu marafonun gözlədiyini və mümkün zədə, cəza itkilərini göz önünə gətirsək, daha bir forvardın gətirilməsi yerinə düşər.
Hazırda Daçbrauskası ən çox narahat edən təbii ki, qapı xəttidir. Stas Pokatilovun ağır oyunlara hazır olmadığını “Hapoel Beer-Şeva” ilə qarşılaşma göstərdi. 33 yaşı olmasına baxmayaraq, Stas rəqibin vurduğu hər 2 qolda kobud səhvə yol verdi. Lap dəqiq desək, “Hapoel”in fərqlənməsinə özü şərait yaratdı.
Pokatilov faktiki rəqabətsizdir. Amin Ramazanovu özü üçün ciddi rəqib saymaması anlaşılandır. Ehtiyatda özü kimi bacarıqlı və təcrübəli biri olsa, hüç şübhəsiz, məsuliyyət hissi artacaq.
Odur ki, Çempionlar Liqasındakı təmsilçimiz ən qısa zamanda qapıçı və hücumçu transferini elan etsə pis olmaz.
HƏBİB / SPORTİNFO.AZ
