“Sumqayıt” – “Qarabağ” qarşılaşmasını izləmək istəyən azarkeşlər azı 5 manatından keçməliydi.
“Sumqayıt”ın rəhbər adamı “SOCAR Polymer Arena”ya minimal daxilolma qiymətini məhz bu cür təyin etmişdi.
Səbəb məlumdur, rəqib “Qarabağ”dırsa, mümkün qədər çox pul qazanmaq lazımdır.
Milyonların könlünü fəth edən komandanı canlı olaraq iş başında görmək üçün hətta 100 manatından keçməyə hazır o qədər adam var. Razılaşaq ki, belələrinin sayı barmaqla sayıla biləcək qədər azdır.
Azərbaycanda Premyer Liqaya xüsusi maraq göstərən, hər tur yolunu stadiondan salan, lap deyək, “Sumqayıt” üçün gecəsini-gündüzünə qata biləcək nə qədər azarkeş var? 50, uzağı 100, lap olsun 200 nəfər. Onların da əksəriyyəti gənc və yeniyetmələrdir.
Əlbəttə, biletin qiymətini təyin etmək klubun ixtiyarındadır. Pul xərcləyən onlardırsa, pul qazanmağın yolların axtarmaları anlaşılandır. Lakin bunun üçün kasıb təbəqənin qazancına göz dikmək, bileti 5-10 manat edib onların qəzəbinə səbəb olaq kimə lazımdır?
Onsuz da stadiona gəlmirlər. Gələnləri də biletlərin qiymətini qaldırmaqla uzaqlaşdırırlar. Bununla da azarkeşlərə “burada ağa bizik, nə istəyirik edə bilərik” mesajını verirlər.
“Qarabağ”la oynayırsan, lap yaxşı. Bunun üçün qiymət qaldırıb, azarkeşləri incitmək, fürsətdən sui-istifadə etmək nəyə gərəkdir?
Noyabrın 25-də “Sabah” Bakıda Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində “Barselona”nı qəbul edəcək.
“Sumqayıt” “Qarabağ”ın adına görə biletin qiymətini 5 manata qaldırırsa, “Sabah” da “Barsa”ya görə başlanğıc qiyməti 50 manat etməlidir.
Bu fürsəti mütləq dəyərləndirmək lazımdır.
HƏBİB / SPORTİNFO.AZ
