“Sabah” - Səbəb var, nəticə də var

17:40 Sabah 99
“Sabah” - Səbəb var, nəticə də var

Hələ 10 yaşı olmayan bir klubun Çempionlar Liqasına vəsiqə qazanması bir ilkdir.

Bu «siftə»ni "Sabah" etdi.

Azərbaycan çempionu debüt elədiyi yarışda dörd mərhələni adladı, sonda da «Hapoel»i mübarizədən kənarlaşdırdı.

Əlbəttə, futbolda heç nə havadan olmur. Hər şeyin bir səbəbi, çıxış nöqtəsi var. Nəticə elə səbəbdən doğur.

“Sabah” həlledici qarşılaşmada topa sahibolmada mütləq üstünlük qurmaq əvəzinə, topun hansı zonalarda və hansı məqsədlə istifadə olunmasına üstünlük verdi.

Bu, xüsusilə Avropa futbolunda vacib məqamdır.

Çünki belə oyunlarda dominantlıq həmişə topa daha çox sahib olmaq demək deyil.

Bəzən dominantlıq rəqibin oyun modelini 120 dəqiqə ərzində pozmaq, onun güclü tərəflərini məhdudlaşdırmaq və öz hücumlarını daha yüksək keyfiyyətlə reallaşdırmaqdır.

“Sabah” Bakıda məhz bunu etdi.

Ən maraqlı məqam isə komandanın psixoloji reaksiyası idi. İki dəfə geridə qalan kollektivin oyunun sonlarında tamamilə dağılması mümkün idi.

Əvəzində 90+4-cü dəqiqədə gələn qol komandanın bütün emosional vəziyyətini dəyişdi. Əlavə vaxtda isə “Sabah” artıq sadəcə oyunda qalmağa deyil, oyunu qazanmağa başladı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti