“Sabah”ın baş məşqçisi bu FOTOnu paylaşdı, maraq doğurdu - 14 il sonra...

2 Sentyabr 12:40 Sabah 1 146
“Sabah”ın baş məşqçisi bu FOTOnu paylaşdı, maraq doğurdu - 14 il sonra...

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas sosial şəbəkə hesabının hekayə bölümündə Çempionlar Liqasının kuboku ilə fotosunu paylaşıb.

Sportinfo.az xəbər verir ki, litvalı mütəxəssis 2012-ci ildə UEFA-nın məşqçilər kursunda iştirak edərkən kubokla çəkdirdiyi kadrı və 14 il sonra avqustun 27-də ÇL-in liqa mərhələsinin püşkatma mərasimində çəkdirdiyi fotonu izləyiciləri ilə bölüşüb.

Keçirilən püşkatma mərasiminin nəticələrinə əsasən, Masazır təmsilçisi doğma meydanda Kataloniya nəhəngi “Barselona”, Almaniyanın “Borussiya” (Dortmund), İtaliyanın “Napoli” və Çexiyanın “Slaviya” (Praqa) klublarını qəbul edəcək.

Təmsilçimizin səfərdəki rəqibləri isə İngiltərənin “Arsenal” və “Mançester Yunayted”, İspaniyanın “Vilyarreal”, həmçinin Norveçin “Vikinq” komandaları olacaq.


Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM