"Sabah"ın istədiyi məşhur oyunçunun meneceri SON DƏQİQƏ xəbərini "Sportinfo"ya çatdırdı

1 Sentyabr 20:00 Sabah 2 991
"Sabah"ın istədiyi məşhur oyunçunun meneceri SON DƏQİQƏ xəbərini "Sportinfo"ya çatdırdı

“O, “Sabah”a gəlmək fikrində deyil”

Bu sözləri Sportinfo.az-a açıqlamasında qvineyalı menecer Süleyman Yula deyib.

Afrikalı agent təmsilçisi olduğu Nabi Keytanın "Sabah"ın maraq dairəsində yer almasını təsdiqləyib:

“Hazırda iki klub arasında danışıqlar gedir. Mənim bildiyimə görə, “Sabah” Nabi Keytanı heyətinə qatmaqda çox maraqlıdır.

Hələ futbolçunun özünə bu barədə “Sabah” tərəfindən rəsmi müraciət edilməyib. Keytanın “Ferentsvaroş”la daha bir illik müqaviləsi var.

O, 2027-ci ilin yayına qədər “Ferentsvaroş”a məxsusdur. Keyta ilə söhbət etmişəm.

Hazırkı vəziyyətdə klubunu dəyişmək, “Sabah”a gəlmək fikrində deyil.

Ən azı müqavilə müddətinin sonuna qədər “Ferentsvaroş”da qalmağı planlaşdırır. Sabah üçün nə olacağını, nələrin dəyişəcəyini deyə bilmərəm.

Amma bu gün üçün son vəziyyət bundan ibarətdir. Mən düşünmürəm ki, Keyta bu tezliklə fikrini dəyişsin”.

Keyta 2024-cü ilin dekabrında “Verder”dən icarə əsasında “Ferentsvaroş”a keçib. 2026-cı ilin yanvarında isə Macarıstan klubu onun transfer hüquqlarını birdəfəlik əldə edib.

Qvineyalı 2018/19 mövsümündə “Liverpul”un heyətində Çempionlar Liqasının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO