Çempionlar Liqasını qazanan ulduz Azərbaycan klubunda?

13:20 Sabah 122
Çempionlar Liqasını qazanan ulduz Azərbaycan klubunda?

Macarıstan mənbələri iddia edir ki, Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan “Sabah” “Ferentsvaroş”un qvineyalı yarımmüdafiəçisi Nabi Keyta ilə maraqlanır.

Sportinfo.az xəbər verir ki, bu barədə "Öltözőn Túl" insayder səhifəsi məlumat yayıb.

Məlumata görə, Azərbaycan klubu heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir və namizədlər arasında 31 yaşlı Keytanın da adı var.

Hazırda söhbət yalnız maraqdan gedir. Tərəflər arasında razılaşma əldə olunmayıb.

Keyta 2024-cü ilin dekabrında “Verder”dən icarə əsasında “Ferentsvaroş”a keçib. 2026-cı ilin yanvarında isə Macarıstan klubu futbolçunun transfer hüquqlarını birdəfəlik əldə edib.

Qvineyalı 2018/19 mövsümündə “Liverpul”un heyətində UEFA Çempionlar Liqasının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!